Avrokomissiya cavab tədbiri gördü! – ABŞ-ın «qanunsuz» rüsumlarına qarşı

Dərc olunub: 22/06/2018 - 01:56

avropa_parlamenti«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Komissiyası (AK) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropa İttifaqı (Aİ) ölkələrindən polad və alüminium məhsullarına yönəlik tətbiq etdiyi yeni ticarət rüsumuna qarşı cavab tədbirlərini razılaşdırıb.

AK-nın saytında xəbər verildiyi kimi, məhdudiyyət iyunun 22-də qüvvəyə minəcək və 2,8 milyard dollarlıq ABŞ mallarına aid olacaq. «Aİ qanunvericiliyinə və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına əsasən, ABŞ rüsumları ləğv edənə qədər, məhdudiyyət qüvvədə qalacaq».

25 faizlik rüsum polad və alüminium məhsullarına, düyüyə, apelsin şirəsinə, qoz yağına, viskiyə, siqaretlərə və paltara aid olacaq.

Bundan əvvəl, iyunun 1-də ABŞ-ın ticarət nazirliyi Avropa İttifaqından polad və alüminium idxalına 25 faizlik rüsum qoymaq barədə qərar qəbul edib, Kanada və Meksika məhsullarına isə 10 faizlik rüsum tətbiq edilib. Eyni zamanda, Vaşinqton Çin məhsullarının idxalına da 25 faizlik rüsum qoyub.


loading...




Fikrinizi bildirin