Azərbaycan nefti ucuzlaşıb

Dərc olunub: 22/06/2018 - 09:45

4733f399-cebb-4aa6-b3d5-4a3369993437_292Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,3 dollar və yaxud 1,72% azalıb.

“Report” xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 74,48 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


loading...




Fikrinizi bildirin