İyulun 1-dən idxal olunan qida məhsulları yoxlamadan keçiriləcək

Dərc olunub: 22/06/2018 - 10:24

7fa64d1f-92a0-4492-9644-31d0c4969693Emal olunmuş qida məhsulları Azərbaycana gətirilərkən aparılan ekspertizanın nəticələrinə uyğun sertifikatlaşdırılacaq. Bu barədə “Reportun”un sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib.

Onun sözlərinə görə 1 iyul 2018-ci il tarixindən Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının hər partiyasının daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizaları aparılacaq və nəticəyə uyğun olaraq qida təhlükəsizliyi sertifikatı veriləcək.

Sertifikatın verilmə qaydasına gəlincə, M.Piriyev bildirib ki, sahibkarlardan sertifikatlaşdırılacaq məhsulun mənşə sənədi, alqı-satqı müqaviləsi, idxal ediləcək məhsula dair hesab-faktura (invoys) və idxal olunan məhsulun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənədlər tələb ediləcək.

“Burada əsas məqsəd idxal prosesində iştirak edən qida subyektlərinin fəaliyyətinin sağlamlaşdırılması, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsulların ölkəyə idxalının təmin olunması və beləliklə ölkəmizdə sağlam qida mühitinin inkişaf etdirilməsindir”, – deyə agentlik rəsmisi əlavə edib.


loading...




Fikrinizi bildirin