Helikopter və təyyarələr Bakı səmasında uçuşlarını davam etdirir

Dərc olunub: 22/06/2018 - 10:29

miq-29Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopter və təyyarələri Bakıda keçiriləcək hərbi paradın məşqlərini davam etdirir.

Bu gün səhər saatlarında aviasiya vasitələri Bakı səmasında növbəti uçuşlar edib.

Məşqlər Azərbaycan bayrağı və Heydər Əliyevin portretini daşıyan iki helikopterin uçuşu ilə başlayıb.

Ardınca helikopter və təyyarələr Bakı buxtası üzərində uçuşlar edib.

Parad Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının “Azadlıq” meydanında keçiriləcək.








loading...


Fikrinizi bildirin