Bakı metrosunda yenə problem, yenə qorxulu anlar

Çıxış eskalatorundakı problem sərnişinlərə qorxulu anlar yaşadıb

Təxminən yarım saat bundan öncə metronun “Elmlər Akademiyası” stansiyasında çıxış eskalatorunda yaranan problem sərnişinlərin ciddi təşvişinə səbəb olub.

Hadisə yerində olan Moderator.az əməkdaşının verdiyi məlumata görə, məlum stansiyada mövcud olan ümumilikdə üç eskalatordan biri çıxış, biri giriş, digəri isə ehtiyat xətt kimi nəzərdə tutulsa da, çıxış eskalatoru qəfil dayandığı dəqiqələrdə ehtiyat xətt istifadəyə verilməyib.

Çıxış eskalatorunun qəzanı xatırladan səs-küy və gurultulu bir şəkildə dayanması və bu zaman ehtiyat eskalatorunun istifadəyə verilməməsi sərnişinlər arasında qorxu və panika ilə nəticələnib. Dəqiqələr ötməsinə baxmayaraq eskalatorların hərəkətə keçməməsi sərnişinləri eskalatorun hərəkətə keçməsini gözləmədən metronu tərk etməyə vadar edib.

Baş verən məlum olay vətəndaşlar arasında ciddi narazılığa səbəb olub. Sərnişinlər hesab edir ki, sabiq metropol rəisi Tağı Əhmədovun gedişindən sonra vəziyyətin daha da yaxşılaşacağına ümid edilsə də, bu gözlənti hələ də özünü doğrultmuş deyil. Əksinə, metroda texniki nasazlıqların çox tez-tez təkrarlanması T.Əhmədov dönəmində metronun sərnişinlərə indikindən daha yaxşı xidmət göstərdiyini təsdiq edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar