SAHİL BABAYEV SABİQ NAZİRİN QOHUMLARINI İŞDƏN ÇIXARDI – Adlar

Dərc olunub: 22/06/2018 - 15:18

sahil-babayev-2Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir sıra ciddi kadr dəyişiklikləri edib. 

Mia.az-a nazirlikdən verilən məlumata görə, Sahil Babayevin əmri ilə nazirin müşaviri Yalçın Müslümov və DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov vəzifələrindən azad olunublar.

“Nazirin digər əmri ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də bu gün vəzifəsindən çıxarılıb. Onun yerinə isə Elman Cəfərov gətirilib” – mənbə bildirib.

Qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov isə bacısının həyat yoldaşıdır.


loading...




Fikrinizi bildirin