"Odnoklassnik"ə alternativ sayt yaradıldı

Tacikistanda yeni sosial media saytı yaradılıb. Bu sayt Rusiyanın odnoklasniki.ru saytına alternativ olacaq.

Odnoklasniki.ru saytı iyulun 18-dən Tacikistanın bir çox vətəndaşına bağlıdır.

Vipnet.tj saytının yaradıcısı Ganijon Salomzoda iyulun 23-də jurnalistlərə deyib ki, yeni sayt ekstremist materialları və soyüş dilini qadağan edir.

Həmçinin tacik ənənələrini pozan materiallar, islam qanunlarını pozan videolar bu sayta qoyula bilməz.

Odnoklasniki.ru saytında taciklər həssas mövzularda materialları bölüşə bilirdilər. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar