“Bakı Metropoliteni”nə sədr müavinləri təyin olundu

[caption id="attachment_42926" align="alignleft" width="165"] Hidayət Məmmədov[/caption]

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə iki sədr müavini təyin edilib.

“Bakı Metropoliteni” QSC-də dörd sədr müavini postu var.

“Media forum” saytı xəbər verir ki, bu postlardan birini “Bakı Metropoliteni”nin Hərəkət Xidmətinin rəisi Hidayət Məmmədov, digərini Zaur Babayev tutub.

Zaur Babayev əvvəllər “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində çalışıb.

Hidayət Məmmədov 1992-ci ildən Bakı metrosunda işləyir. Hərəkət Xidmətinin rəisi vəzifəsinə 2002-ci ildə təyin olunub.

Hidayət Məmmədov və Zaur Babayev prezident İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliteni” QSC-nin sədr müavinləri təyin ediliblər.

“Bakı Metropoliteni” QSC bu il fevralın 27-də prezidentin sərəncamı əsasında, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılıb.

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar