Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşə bilər

Dərc olunub: 22/06/2018 - 17:24

trend_osce_flags_240511Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın vaxtlarda görüşə bilər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, Şərq Tərəfdaşlığı ölkələrinin 10-cu qeyri-formal görüşü çərçivəsində tədbirdə iştirak edən nazirlərin və nümayəndə heyəti başçılarının ümumi tanışlığı olub:

“Bunu görüş adlandırmaq olmaz. Ancaq razılıq ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin münaqişənin həlli ilə əlaqədar olaraq yaxın vaxtlarda görüşü keçiriləcək”.


loading...




Fikrinizi bildirin