Rusiya Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqlədi

Dərc olunub: 22/06/2018 - 18:01

97a1162c0a816a32291da4e205ccd3c4Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib.

Sənədi iyunun 21-də Rusiya baş naziri Dimitri Medvedev imzalayıb.

Qərarda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla razılaşdırılmış Konvensiya layihəsinin bəyənildiyi qeyd edilir.

Qərarda o da bildirilir ki, Konvensiya imzalanmaq üçün Rusiya prezidentinə təqdim edilsin.


loading...




Fikrinizi bildirin