DÇ 2018: Braziliya Kosta- Rikaya son dəqiqələrdə 2 qol vurdu

Dərc olunub: 22/06/2018 - 18:32

22Dünya çempionatında 2-ci turun oyunları davam edir.Musavat.com xəbər verir ki, bu gün E qrupunda 2, D qrupunda isə 1 görüş keçirilir.

E qrupunda baş tutan birinci oyun Braziliya – Kosta- Rika qarşılaşmasında Braziliya millisi 2-0 hesabı ilə meydandan qələbə ilə ayrılıb. Beşqat dünya çempionları qrup sonuncusu ilə oyunda əsas vaxta əlavə olunmuş dəqiqələrdə 2 qol vuraraq, mundialda ilk qələbələrini qazanıb. Birinci qolu Filippe Koutinyo vurub. Daha sonra Neymar 2-ci qolu və bu mundialda ilk qolunu vurub. Vurulan son qollar ilə birlikdə Braziliya xalını dördə yüksəldib. Xalsız qalan Kosta Rikanın isə dünya çempionatını erkən tərk edəcəyi dəqiqləşib.

Saat 22:00-da qrupun digər matçında Serbiya ilə İsveçrə milliləri üz-üzə gələcək. Saat 19:00-da isə D qrupunda isə Nigeriya İslandiya ilə qarşılaşacaq.


loading...




Fikrinizi bildirin