Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

Dərc olunub: 22/06/2018 - 18:44

8c72e64f-63a7-43e9-856f-ab28b00f3335_292Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə yaxın vaxtlarda görüş keçirmək barədə razılığa gəliblər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin həlli ilə bağlı yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüşmək barədə razılıq əldə ediblər”, – o deyib.


loading...




Fikrinizi bildirin