İŞİD-in Kərkükün işğalı planı açıqlandı

İŞİD Mosulda olduğu kimi Kərkükün işğalı üçün təşkilat yaradıb

İŞİD Mosulda olduğu kimi Kərkükün işğalı üçün təşkilat yaradıb. Belə ki, Dövləti Kərkük adlanan təşkilat şəhərin içində təbligat aparmalı və yeni üzvlər yığmalıdır.

Təşkilata Əbu Fatimə olaraq tanınan Nime Ebdul Mənaf adlı bir şəxsi Kərkükə rəhbər təyin edib. Ona Kərkük şəhərini işğalı üçün lazımi hazırlıqları sürətləndirmək tapşırığı verilib. Dövləti Kərkük təşkilatının İŞİD tərəfindən ağır silahlarla təhciz olunduğu və şəhərdə partlayışlar törətməyə hazırlaşdığı bildirilir.

Terrorçuların Hevic və Ziban kəndi yaxınlığında 2 ədəd tank, 4 ədəd raket atan qurğu ilə pusquda durduğu, həmçinin Elmer kəndində də 4 ədəd tank yerləşdirdiyi haqda məlumatlar yayılıb. Riyaz-Kərkük yolunun birləşdiyi iki yolda isə yaradılan qərargahda çoxlu yaraqlıların gətirildiyi bildirilir.

İŞİD Kərkükün işğalı üçün bütün hazırlıq görüb, fürsət gözlədiyi barədə kürd yaraqlılarının da məlumatı var. Onlar bu dəfəki hücumun geniş miqyaslı olacağından ehtiyatlandığını bəyan ediblər. /ANS

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar