İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

Dərc olunub: 22/06/2018 - 21:35

21c01a60-054c-42d7-ab5b-9357bfca62d9_292“İranda 19 il əvvəl 36 polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən terrorçu həbs edilib”. “Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının narkotiklərə qarşı mübarizə polisinin komandanı, general Məsud Zahidian bildirib.
Onun sözlərinə görə, axtarışda olan bu şəxs iki gün əvvəl saxlanılıb: “Əməliyyat keçirilən zaman ondan silah və döyüş sursatı müsadirə edilib. O, 1999-cu ildə birinci dəfə tutulub. Narkotik maddəni İranşəhr şəhərinin Qurnak kəndində gizlətdiyi barədə yalan məlumat vermişdi. O zaman 36 polis əməkdaşı, o cümlədən bir general onun əlaltıları tərəfindən mühasirəyə alınaraq qətlə yetirilmişdi”.
Həmin silahlı toqquşmadan sonra adı açıqlanmayan şəxs İranı tərk edibmiş.
Qeyd edək ki, bu kənd İranın cənub-şərqində, Sistan-Bəlucistan əyalətində yerləşir.


loading...




Fikrinizi bildirin