BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

Dərc olunub: 22/06/2018 - 23:09

76b44b65-1780-4b4a-a5d0-d0645b52f570_292 BMT Baş Assambleyası (BA) Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb.
“Report” xəbər verir ki, sənədi 64 ölkə dəstəkləyib, 14 dövlət əleyhinə çıxıb. Daha 83 ölkə isə bitərəf qalıb.
Qətnaməni Moldova irəli sürüb. Sənəddə Rusiya qoşunları xüsusi qrupu və silah-sursatının BMT-nin üzvü olan Moldovanın razılığı olmadan bu dövlətin ərazisinə yerləşdirilməsini davam etdirməsindən narahatlıq ifadə olunur.


loading...




Fikrinizi bildirin