Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

Dərc olunub: 22/06/2018 - 23:12

Əbülfəz_Elçibəy_(Kələki_kəndi_1997)Tatarıstanın Zainsk şəhərində yaşayış binasında qaz balonu partlayıb.APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayış mənzillərdən birində təmir işləri aparılan zamanı baş verib. Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin