“Yaxın zamanlarda Avropa İttifaqının taleyi həll olunacaq”
Baxiş sayı:
Dərc olunub:
23/06/2018 - 08:22
Yaxın zamanlarda Avropa İttifaqının gələcək taleyi həll olunacaq.
APA-nın xəbərinə görə, bunu “Spiegel”-ə müsahibəsində İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini bəyan edib.
“Bir il ərzində vahid Avropanın qalıb-qalmaması məsələsinə aydınlıq gətiriləcək”, deyə M.Salvini qeyd edib. Onun fikrincə, vəziyyət Aİ büdcəsinin müzakirəsi zamanı, eləcə də 2019-cu ildə Avropa Parlamentinə seçkilərdən əvvəl aydınlaşacaq.
Siyasi blok daxilində əlaqələrə toxunan M.Salvini Berlin və Roma arasında müxtəlif mövzularda ciddi ziddiyyətlərin olduğunu qeyd edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.