Ərdoğan prezident olsa, Davudoğlu baş nazir olacaq

Türkiyədə 10 avqust prezident seçkiləri ərəfəsi baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident seçiləcəyi təqdirdə onun postunu kimin tutacağı ilə bağlı diskussiyalar qızışıb.

Ərdoğan bu yaxınlarda jurnalistlərlə söhbətində demişdi ki, “əgər baş nazir və partiya sədri postlarını fərqli adamlar tutsa, effektli işdən söhbət belə gedə bilməz”.

Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğanın bu bəyanatı prezident Gülün baş nazir olmaq şansını azaldıb. Hazırkı baş nazirin seçkilərdə qələbə çalacağı təqdirdə onun yerinə ən çox ehtimal edilən namizəd kimi indi xarici işlər nazir naziri Əhməd Davudoğlunun adı çəkilir.

Haber 7 saytının analitiki Mehmet Acetinin sözlərinə görə, AKP kuluarlarında namizəd qismində adı daha çox hallanan məhz Davudoğludur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar