22 yaşlı gənc itkin düşüb – FOTO

Dərc olunub: 23/06/2018 - 11:46

54367839-9e08-4126-8029-1584658c2405Şirvan şəhərində 22 yaşlı gənc itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan “Report”un Aran bürosuna verilən məlumata görə, Sabirabad rayonu Dadaşbəyli kənd sakini Xancan Osmanov iyunun 4-də kənddə yaşadığı evdən çıxaraq Şirvan şəhərinə gedib və bir daha geri qayıtmayıb.

Onun boyu 180 sm, gözlərinin rəngi qəhvəyidir.

X.Osmanovu görənlərdən DİN-nin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.








loading...


Fikrinizi bildirin