Bakıda yanğın – 25-i təxliyə olundu (YENİLƏNİB)

Dərc olunub: 23/06/2018 - 12:24

bakida-choxmertebeli-binada-yangin-08062017Bakıda yanğın hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 200 kv.m olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

* * *

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Ətraflı məlumat veriləcək.

* * *

Bakıda yaşayış binasında yanğın başlayıb.Hadisə Yasamal rayonu, “Elmlər Akademiyası” metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında, “Mothercare” mağazasının yerləşdiyi binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. (APA)


loading...




Fikrinizi bildirin