Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

Dərc olunub: 23/06/2018 - 12:41

dovlet-gomruk-komitesi-1Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük-keçid məntəqəsi fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.

“APA-Economics” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

Onun sözlərinə görə, mövcud gömrük-keçid məntəqəsi qalmaq şərti ilə onun yanında yeni gömrük buraxılış məntəqəsi tikiləcək: “Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq”.

A.Abasov qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır.








loading...


Fikrinizi bildirin