Rusiya-Azərbaycan hökumətlərarası komissiyasına yeni həmsədr təyin olunub

Dərc olunub: 23/06/2018 - 15:29

oreshkin (1)Rusiya-Azərbaycan hökumətlərarası komissiyasına yeni həmsədr təyin edilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə müvafiq sərəncamı Rusiyanın Baş naziri Dmitri Medvedev imzalayıb.

Sərəncama əsasən, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri təyin edilib.

Qeyd edək ki, o, bu vəzifədə Dmitri Roqozini əvəz edib. D. Roqozin bir müddət əvvəl “ROSKOSMOS”-un rəhbəri təyin edilib.


loading...




Fikrinizi bildirin