Pambıq tarlasında yenə kütləvi zəhərlənmə oldu: bu dəfə Sabirabadda

Dərc olunub: 23/06/2018 - 15:34

pambiqBu gün Sabirabad rayonunda pambıq tarlasında işləyən kəndlilər arasında zəhərlənmə hadisəsi baş verib. Virtualaz.org-a daxil olan məlumata görə, pambıq tarlasında işləyərkən halı pisləşmiş 6 nəfər xəstəxanaya müraciət edib.
Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini olan qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasına , daha 4 nəfər qadın isə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Hazırda xəstələrin vəziyyətinin stabil olduğu deyilir.


loading...




Fikrinizi bildirin