“Qarabağ” “Ludoqorets”lə bərabərə qaldı

Dərc olunub: 23/06/2018 - 22:52

qarabagAvstriyada Çempionlar Liqasına hazırlaşan “Qarabağ” bu gün ilk yoxlama matçı keçirib.Qol.az-ın xəbərinə görə, Ağdam təmsilçisi Bolqarıstanın “Ludoqorets” klubuyla qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

“Ludoqorets” – “Qarabağ” – 1:1

Qollar: Svierczok, 33 (1:0), Dani Kintana, 52 (1:1)

Qeyd edək ki, “Qarabağ” “Ludoqorets”lə yanaşı, iyunun 26-da “Vakker İnsbruk” (Avstriya), 30-da Suriya yığması, iyulun 4-də isə “Dinamo” (Kiyev, Ukrayna) klubları ilə də yoxlama oyunları keçiriəcək.


loading...




Fikrinizi bildirin