Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri başlayıb

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri başlayıb.APA-nın Türkiyə bürosunun məlumatına görə, yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17-də başa çatacaq.Seçkilərin ilk nəticələrinin yeri vaxtla saat 19.00-dan sonra açıqlanması gözlənilir.

Qeyd edək ki, Türkiyədə bələdiyyə, prezident və parlament seçkilərinin 2019-ci ildə keçirilməsi nəzərdə tutulsa da, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı bu il aprelin 17-də partiyasının parlament fraksiyasının iclasındakı çıxışında “ölkədəki, bölgədəki və dünyadakı şərtləri” nəzərə alaraq, avqustun 26-da vaxtından əvvəl parlament və prezident seçkilərinin keçirilməsini təklif edib. Növbəti gün D. Baxçalı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdən sonra R. T. Ərdoğan iyunun 24-də növbədənkənar parlament və prezident seçkilərinin keçiriləcəyini açıqlayıb, parlament və Ali Seçki Şurası müvafiq qərar qəbul edib.

Bu gün prezidentliyə namizədlərdən hər hansı biri 50%+1 səs ala bilməyəcəyi halda bu turda ən çox səs toplamış iki namizəd iyulun 8-də keçiriləcək ikinci turda yarışacaq.

Bu parlament seçkisini əvvəlkilərdən fərqləndirən ən önəmli məqam isə seçkidə partiyaların ittifaq yaratmalarına icazə verilməsidir. 1982-ci ildə qəbul edilmiş Konstitusiya və seçki qanunvericiliyinə görə 10 faizlik baryeri aşan partiyalar parlamentdə təmsil oluna bilərdi. 10%-lik baryeri keçə bilməyən kiçik siyasi partiyalar bu seçkidə yaradılan ittifaqlar nəticəsində parlamentdə mandata sahib ola biləcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar