Meksika prezidenti  komandasının qələbəsini qeyd edib

Meksika prezidenti Enrike Penya Neto ölkəsinin futbol üzrə yığmasının Rusiyada keçirilən qarşılaşmada Cənubi Koreya komandası üzərində qalib gəlməsinə heyran olub."Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.

"Afərin Meksika yıması! Necə bir səviyyə! Biz bu dünya çempionatında tarix yaradacağıq. Qələbəyə görə sağ olun!", deyə o, "Twitter"də yazaraq, sevincdən yuxarı qalxan əllər, dövlət bayrağının rəsmi, futbol topu fonunda emosiyalarını bölüşüb.

Qeyd edək ki, ötən gün Rusiyadakı futbol üzrə dünya çempionatında G qrupunun II turunda, Rostovdakı eyniadlı arenada Cənubi Koreya və Meksika yığmaları üz-üzə gəlib. Görüş amerikalıların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 27-ci dəqiqədə penaltidən Karlos Vela açıb. 66-cı dəqiqədə isə Xavyer Ernandes fərqi artırıb.

Bu qələbə sayəsində xallarını 6-ya çatdıran Meksika 1/4 finala vəsiqəni böyük ölçüdə təmin edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar