Bu gün erməni milyarderə ittiham elan ediləcək

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki terrorçu və separatçı ermənilərin sponsorlarından biri Levon Ayrapetyana iyulun 24-də ittiham elan olunacaq.

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, ona qarşı “cinayət yolu ilə iri məbləğdə pul əldə etmək, çirkli pulların yuyulması” ittihamları irəli sürülüb.

Xatırladaq ki, Moskvanın Basman məhkəməsi iyulun 17-də “sahibkar” adı altında fəaliyyət göstərən L.Ayrapetyan barəsində iki aylıq həbs qətiimkan tədbiri seçib. Başqa sözlə o, sentyabrın 15-dək həbsdə saxlanılacaq.

Bundan başqa onun “Başneft” şirkətindəki 300 milyon rubldan (təxminən 10 milyon manat) artıq aksiyaları da dondurulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar