Salyanda yanğın: on baş inək tələf oldu

Ötən axşam Salyan rayonunun Abadkənd kənd sakini Nofəl Güləhməd oğlu Tağıyevə məxsus fərdi təsərrüfatda ot kipləri yığılmış talvar yanıb.Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yanğın nəticəsində talvara bağlanmış on iki baş inəkdən on başı tüstüdən boğularaq tələf olub. Talvarda olan 500 ədəd ot bağlaması da külə dönüb.

Yanğın hadisə yerinə gəlmiş yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar