Kələki kəndində Elçibəyin yubileyi keçirilib - FOTOLAR

Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anadan olduğu Ordubad rayonu, Kələki kəndində 80 illik yubileyi keçirilib.

APA-nın xəbərinə görə yubiley mərasimində ictimaiyyət nümayəndələri, ölkənin müxtəlif yerlərindən gələn qonaqlar, kənd camaatı iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Əbülfəz Elçibəyin ev muzeyini ziyarət ediblər. Sonra dövlət himninin səslənməsi ilə yubiley mərasimi başlayıb. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu tədbirdə iştirak edə bilmədiyinə görə telefon bağlantısı ilə gələnləri təbrik edib. O bildirib ki, bu gün Türk dünyası, kələkililər o tədbirdə iştirak edənlər üçün böyük gündür: "Namus, bayraq, Vətən bir dəyərdirsə, Elçibəy də bir dəyərdir. Elçibəy dövlətimizi, bayrağımızı, milli kimliyimizi təmsil elədiyinə görə belə bir dəyərə çevrilib. Namus haqqında necə danışırlarsa, Elçibəy haqqında da o cür danışmaq lazımdır. Onun yolu böyük yoldur. Bu gün biz Fəxri Xiyabanda bəyin qəbrini ziyarət edən zaman Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin hazırlıq uçuşları keçirilirdi. Biz də bu uçuşları seyr etdik. Mənə elə gəlir ki, bu, Azərbaycan Silahlı Qüvvələrinin Elçibəy ruhu qarşısında hesabatıdır. Biz daim Elçibəy yolunda irəliləməli, əməllərimizlə bəyin ruhunu sevindirməliyik. Türklük gününüz mübarək olsun".

KXCP üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib ki, 24 iyun Türklük bayramı Tanrının böyük Türk xalqına elçi göndərdiyi gündür: "Biz həmin günü qeyd edirik. Biz hələ Əbülfəz Elçibəyi tam dərk edə bilməmişik. Buna uzun illər lazımdır”.

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsinin üzvü Çingiz Özgür gələnləri təbrik edərək, onunla bağlı xatirələrini bölüşüb. O, mərhum prezidentin 80 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlər barədə məlumat verərək Əbülfəz Elçibəyin əsərlərinin toplandığı “İstiqlal, hürriyyət, bütövlük strategiyası” kitabını təqdim edib. Hər il mərhum prezidentin doğulduğu Kələki kəndində keçirilən tədbirlərin təşkilatçıları Şamil Məmmədov, Bünyad Məmmədov və Ədalət Muradoğluna Zirəddin Quliyevin hazırladığı xüsusi qabartmalar hədiyyə edilib. Eyni zamanda "Elçibəy-80" yazı müsabiqəsində iştirak etmiş Türkiyədən olan qaliblər Semih İpek və Beytulla Avcının mükafatları təqdim edilib. Semih İpek Əbülfəz Elçibəyə həsr etdiyi "Elçibəy" mahnısını dombra musiqi alətində ifa edib. Daha sonra yubiley mərasimi çıxışlar, şeir parçaları və musiqi nömrələri ilə davam etdirilib.

635x100

Şərhlər

Bəhram Qarabağlı 2018-06-24 15:40:15

Ordubad şəhərində dünуanın ən məhsuldar və dərin mənalı уazıçılarından olan M.S.Ordubadinin əsərlərini çap emək, abidəsini və Ev-muzeуini zənginləşdirmək gərəkdir. Əlbəттə, çox daуaz gorünsə də, oradaca Azərbaуcanın 2-ci Prezidenтi Ə.Əliуevə abidə qoуulması тarixə-insana, liderə lауiq xaтirə abidəsi və тurizm anıтı olardı?

keçmiş hərəkatçı 2018-06-24 15:40:15

Bu gün əli iqtidarın cibində olan, cılızlaşıb QHT sədrinə çevrilmiş, Elçibəy zamanında icra başçıları, məhkəmə sədrləri, prokurorlar və yüksək vəzifələr tutan, hərəkatda olan elçibəyçilərin səsləri belə çıxmır. Hardasınız "bəylər"?! Səsiniz belə gəlmir??? Axı siz Əbülfəz bəyin etimadından tramplin kimi istifadə edib, bu gün var-dövlət sahibi olmusunuz, "bəylər"! Hələ bahalı maşınlar sürən keçmiş elçibəyçi "xanımları" demirəm!

miri 2018-06-24 15:40:15

Elçibəy ideyaları, məfkurəsi,həyat yolu Şimali Azərbaycanımıza belə siqmadigi halda onun yubileyini kiçik bir kəndə sıxışdırmaq hecdə yaxşı hal deyil. Palçıqdan, daşdan və hətta tuncdan olan bütlərə də bir zaman dağılır. Amma böyük ideya və məfkurə sahiblərinin qəlblərdə qurduğu əbədi abidələri heç kəs yıxa bilmir. Elçibəy məhz qəlb abidəsi quranlardandur. Özüdə bu abidə nəyinki Simalli-Cənublu məmləkətimizdə, Türkiyə və digər türk məmləkətlərində və hətta digər ölkələrdə yasayan haqq sevərlərin qəlbindədir.Allah Rəhmət etsin.İnsəallah.

Son yazılar