Xamneyi müharibəyə çağırdı

İranın ali dini lideri Əli Xamneyi Fələstin xalqını İranla birgə hərbi əməliyyatları davam etdirməyə və əməliyyat zonasını genişləndirməyə çağırıb.

Axar.az xəbər verir ki, Xamneyi İRNA agentliyinə verdiyi açıqlamasında belə deyib.

“Bu sərt rejimlə mübarizə aparmağın yeganə yolu müqaviməti və döyüşü davam etdirmək və hərbi əməliyyatlar zonasını İordan çayının qərb sahilinə qədər genişləndirmək lazımdır”, - deyə ali dini lider bildirib.

Qeyd edək ki, bir müddət əvvəl də İran rəhbərliyi müsəlman ictimaiyyətini İsrailin hücumlarından əziyyət çəkən Qəzza sakinlərinə yardımla bağlı aktiv mövqe nümayiş etdirməyə çağırmışdılar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar