Goranboyda maşın aşdı: ana və qızı xəstəxanaya düşdü

Bu gün Bakı-Qazax magistralının Goranboy rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qəza olub.APA xəbər verir ki, "Hyunday" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı 2 qadın bədən xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, xəsarət alanlar ana və qızıdır. Onlardan biri sürücü olub.

Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar