ƏRDOĞAN İLK TURDA QALİB GƏLDİ! - Türkiyə yeni sistemə keçdi +VİDEO

Türkiyədə keçirilən prezident və parlament seçkilərində yerli vaxtla saat 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatıb. Sandıqlar artıq açılıb, səslər sayılmağa başlanıb. Yayın yasağı aradan qaldırıldıqdan sonra ilkin nəticələr açıqlanmağa başlayıb.

"AzPolitika.info" xəbər verir ki, bülletenlərin artıq 99,99 faizi sayılıb.

İlkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 52,55 faiz səs toplayıb. Muharrem İncə 30,67 faiz səs alıb.

Selahettin Demirtaş 8,36  faiz, Meral Akşener 7,33 faiz, Temel Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,20 faiz səs alıb.

Millət vəkili seçkilərində “Cümhur ittifaqı” 53, 62% (AK Partiya 42,49 %, MHP 11,13%), "Millət ittifaqı"34,03% (CHP 22,67 %, İYİ Partiya 10,01%, SP 1,35%), HDP isə 11,62 % səs alıb. Artıq səslərin  99% - i sayılıb. Bu da “Cümhur ittifaqı”nın 343 millət vəkili iklə parlamentdə də üstünlüyü ələ aldığını göstərir.

Rəsmi olmayan nəticələrə görə, 5 partiya parlamentdə təmsil olunmaq hüququ qazanıb. Hakim Ədalət və İnkişaf Partiyası parlamentdə 293, Cümhuriyyət Xalq Partiyası 146, Xalqların Demokrat Partiyası (HDP) 67,  Milliyətçi Hərakat Partiyası 50, İYİ Partiyası 44  millət vəkili ilə təmsil olunacaq.

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində səslərin mütləq əksəriyyətini qazanıb. Bunu bazar ertəsi Yüksək Seçki Şurasının (YSK) rəhbəri Sədi Güvən deyib.

"Nəticələrə görə, cənab Rəcəb Tayyib Ərdoğanın etibarlı səslərin əksəriyyətini qazandığı aydın olur", - deyə o, bildirib.

Güvən həmçinin qeyd edib ki, seçkilərin nəticələri ilə bağlı hələ ki, heç bir etiraz daxil olmayıb. YSŞ sədrinin sözlərinə görə, seçkilərdə seçici sayı 56 milyon 352 min 652 nəfər təşkil edib.

Beləliklə,  Ərdoğanın ilk turda yenidən Prezident seçilib. Bununla Türkiyə tam olaraq yeni sistemə keçib. Bu gündə rəsmən Prezident üsul-idarəsinə  keçən Türkiyədə böyük islahatlar həyata keçiriləcək.  Nazirliklərin sayı azaldılacaq, Prezidentə baxlı 9 yeni qurun və 4 ofis yaradılacaq.

AzPolitika.info

****

Türkiyədə eyni vaxtda keçirilən prezident və parlament seçkilərində səsvermənin bitib.Yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17-də başa çatıb.

Səsvermənin bitməsinə təxminən iki saat qalmış Adil Gürün ictimai rəyi öyrənmə şirkəti keçirdiyi rəy sorğularının nəticələrini açıqlayıb. Bu şirkət ötən seçkilərdə nəticələri ən düzgün təxmin etməsi ilə tanınırdı.

Rəy sorğularının nəticələrinə görə prezident Rəcəb Tayyib Ərdoğan səslərin 53.5 faizini qazanaraq ilk turda yenidən prezident seçiləcək. Lakin onun partiyası parlamentdə çoxluğu əldən verəcək. AKP-nin 45.4 faiz səs yığması gözlənilir.

Buna baxmayaraq AKP blok halında seçkilərə qatıldığı “Cümhur ittifaqı” iləparlamentdə üstünlüyü saxlaya bilər. Bu blokda AKP-nin müttəfiqi MHP yer alır.

Rəy sorğuları 7 coğrafi bölgəsində, 5 minə yaxın şəxsin arasında keçirilib.

Seçkilərin ilk nəticələrinin yeri vaxtla saat 19.00-dan sonra açıqlanması gözlənilir. Prezident seçkilərinə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş qatılıblar.

R. T. Ərdoğanın namizədliyini sədri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP) və Hüda-Par dəstəkləyir.

Prezident seçkilərinin birinci turunda namizədlərdən hər hansı biri qalib gəlmək üçün seçicilərin 50%-dən artıq səs toplamalıdır. Namizədlərdən heç biri 50%-dən artıq səs toplamasa, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də keçiriləcək ikinci turda yarışacaq.

Parlament seçkilərində mübarizə aparacaq siyasi partiyalar isə AKP, MHP, BBP, CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası, Vətən Partiyasıdır. AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılacaq. BBP namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

635x100

Şərhlər

Kilimci 2018-06-25 10:55:03

Niye aparici turk saytlarinda paradla bagli bir setir bele olsun xeber yoxdur? Bu nece qardashliqdir?

Türk 2018-06-25 10:55:03

Hörmətli Ərdoğan bu qələbə münasibəti ilə sizi və böyük Türk xalqını ürəkdən təbrik edirəm.Türk xalqı hər zaman həqiqətin yanında olub və inanıram ki,siz türk xalqının etimadını doğruldub hər zaman həqiqətin yanında olacaqsınız.Təkcə Türkiyədə deyil digər türk dilli xalqlar yaşayan ölkələrdə ki,haqsızlaqlara qarşı həmişə təpgi göstərəcəksiniz.

Cəmşid İrzaquliyev 2018-06-25 10:55:03

Her bir milli və siyasi düşünce sahibi həsyəcanla TV başında Türküyede olan bu günkü seçkiləri izləyir və dəyərləndirir. Hal -hazırda gelinen sonuç bizleri sevindirir ve mutlu edir. Çünki əvvəlcədən verdiyimiz proqnozlar özünü doğrultu. Yəni dediyimiz kimi Sayın Erdoğan yeniden Cümhur başkanı oldu. Ən maraqlısı isə bu seçkidə oynadığı rolla , MHP-nin Türküye devletinin derin devləti olduğu bir daha təsdiqini tapmış oldu.. Görünən o ki, millet vekili sayısına görə MHP həm də iqtidar oldu. Dünyada dengelerin deyişdiyi bir dönəmdə Türküyənin taleyinin etibarlı əllərdə olması bizləri mutlu etməyə bilməz. Çünki bu tablo Türküyə qədər bütün Türk dünyasına lazım. Ən çoxda biz Azərbaycana.. Odurki də Bütün Türk dünyasını və xüsusən də Türk seçmenlerini bu qələbə münasibəti ilə təbrik edirik. Qəzanız mübarək olsun

Son yazılar