Almaniya İsveç azarkeşlərindən üzr istədi

Almaniya milli komandası İsveçlə qarşılaşmadan sonra oyunçuların və komanda üzvlərinin hərəkətlərinə görə İsveç azarkeşlərindən üzr istəyib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə bundestimin Tvitter hesabında yazılıb.

“Emosional oyun oldu. Ancaq bizim nümayəndəmizin İsveç azarkeşləri istiqamətində etdiyi jest və nümayiş etdirdiyi reaksiya həddən artıq emosional oldu. Bu bizim tərzimiz deyil. İsveç millisinin baş məşqçisi və komandasından üzr istəyirik”, - açıqlamada bildirilib.

Xatırladaq ki, oyundan sonra Almaniya millisinin mətbuat katibi Uli Foyqt və Alman Futbol İttifaqının meneceri Georq Behlau İsveç azarkeşlərini təhrik edən bir sıra jestlərlə yadda qalmışdılar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar