DÇ 2018: İngiltərə Panamanı darmadağın etdi - 6:1

Rusiyada keçirilən dünya çempionatında bu gün ikinci tura yekun vurulacaq.Musavat.com-un məlumatına görə, günün ilk oyunu G qrupunda İngiltərə ilə Panama yığmaları qarşılaşıb.

"Nijniy Novqorod” stadionunda keçirilən oyunda İngiltərə yığması Panamaya əsl şoku yaşadıb. Panama millisini qol atəşinə tutan ingilislər oyunun 8-ci dəqiqəsində hesabı açıb. İlk qolun müəllifi Con Stons olub. Ardından 12-ci dəqiqədə Harri Kayen hesabı ikiyə çıxarıb. 36-cı dəqiqədə Linqard, 40-cı dəqiqədə isə Stones daha bir qol ataraq hesabı 4-0-a çatdırıblar.

Bu qollardan 4 dəqiqə sonra hakim Panamanın qapısına daha bir penalti təyin edib. Keyn penaltini dəqiq yerinə yetirərək hesabı 5-0 edib. İkinci hissədə də daha bir qol vuran İngiltərə qolalrın sayını altıya çatdırıb. Oyunun 77-ci dəqiqəsində Panama yığması bu qollardan yalnız birinə cavab verə bilib. Beləliklə oyun 6-1 hesabı ilə İngiltərənin qalib olması ilə başa çatıb.

İngiltərə yığması bu qələbə sayəsində xallarının sayını Belçika ilə birgə 6 xala çatdıraraq turnirin "play-off" mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, saat 19:00-da H qrupunda Yaponiya və Seneqal milliləri üz-üzə gələcək. Günün son matçında isə Polşa Kolumbiyanı sınağa çəkəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar