Kürdəmirdə uşaq tonqal qalayan zaman yanıb

Kürdəmir rayonunda uşağın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib."Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, 2009-cu il təvəllüdlü yerli sakin Hacıyev Murad İlkin oğlu Atakişili kəndində tonqal qalamaq istəyərkən ehtiyatsızlıqdan yanıb.

Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar