Prezident İlham Əliyev Türkiyə prezidentini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.APA-nın məlumatına görə, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib.

Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və inkişafı naminə yeni uğurlar arzulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Azərbaycan prezidenti İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

635x100

Şərhlər

Cəmşid İrzaquliyev 2018-06-24 21:52:50

Her bir milli və siyasi düşünce sahibi həsyəcanla TV başında Türküyede olan bu günkü seçkiləri izləyir və dəyərləndirir. Hal -hazırda gelinen sonuç bizleri sevindirir ve mutlu edir. Çünki əvvəlcədən verdiyimiz proqnozlar özünü doğrultu. Yəni dediyimiz kimi Sayın Erdoğan yeniden Cümhur başkanı oldu. Ən maraqlısı isə bu seçkidə oynadığı rolla , MHP-nin Türküye devletinin derin devləti olduğu bir daha təsdiqini tapmış oldu.. Görünən o ki, millet vekili sayısına görə MHP həm də iqtidar oldu. Dünyada dengelerin deyişdiyi bir dönəmdə Türküyənin taleyinin etibarlı əllərdə olması bizləri mutlu etməyə bilməz. Çünki bu tablo Türküyə qədər bütün Türk dünyasına lazım. Ən çoxda biz Azərbaycana.. Odurki də Bütün Türk dünyasını və xüsusən də Türk seçmenlerini bu qələbə münasibəti ilə təbrik edirik. Qəzanız mübarək olsun

Son yazılar