Göygoldə zəncirvari qəza: 5 nəfər xəsarət aldı

Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib.APA-nın verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes", "VAZ 2107" minik avtomobilləri və qoşqulu traktorun toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Artıq qəzada xəsarət alanlardan 3 nəfərin kimliyi məlum olub. Bunlar Ağstafa rayon sakinləri -1950-ci il təvəllüdlü Xəlilova Mahirə Əbdülrəhman qızı, 1986-cı il təvəllüdlü Xəlilova Günay Əbülfəz qızı və Şəmkir rayon sakini, 1960-cı il təvəllüdlü İbrahimov Kərim İbrahim oğludur.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar