DÇ-2018: Bombardirlər yarışında dəyişiklik olub

DÇ-2018-in bombardirlər yarışında dəyişiklik olub.Apasport.az saytının məlumatına görə, oyun gününə 4 qolla şərikli lider kimi girən Romelu Lukaku (Belçika) və Kristiano Ronaldo (Portuqaliya) zirvədəki yerlərini təhvil verməli olublar.

Belə ki, İngiltərə - Panama matçında 3 qol vuran Harri Keyn ümumi qollarının sayını 5-ə çatdıraraq birinci pilləyə yüksəlib. “Tottenhem”in forvardı bununla da bombardirlər yarışında liderliyi ələ alıb.

Qeyd edək ki, qrup mərhələsinin 3-cü turunda Lukaku və Keyn Belçika və İngiltərə millilərinin heyətində bir-birilərinə rəqib olacaqlar.

635x100

Şərhlər

elşad əliyev 2018-06-25 00:15:40

Ispaniyaya qol vurmaqla Panamaya qol vurmaq arasında atla eşşək qədər fərq var. topu elə hara vururdular, gedib Panamanın qapısına düşürdü.

Son yazılar