3 tona yaxın çətənə kolları məhv edilib

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında ümumi çəkisi 2900 kiloqram olan 8400 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub.

Həmin çətənə kolları Oğuz RPŞ əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar