"CƏNAB ƏRDOĞAN, HAMIMIZIN PREZİDENTİ OLUN..." - İncədən ilk açıqlamalar + VİDEO

Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərindən məğlub çıxan CHP namizədi Muharrem İncə medianın qarşısına çıxıb.

"AzPolitika.info"nun məlumatına görə, o, öncə susmasının səbəbini izah edib. İncə təhdid edildiyi üçün susduğu barədə iddialara "heç kim məni təhdid etmədi, təhdid edəcək adam da hələ doğulmayıb” deyə, münasibət bildirib.

Sonra Ərdoğana müraciət edib: "15 milyon vətəndaş mənə səs verib. Hədəfimiz bunu 30 milyona çatdırmaqdır. Cənab Ərdoğan, lütfən bu gündən sonra 81 milyonun prezidenti olun! Mənim sloqanımı istifadə edin. Artıq hamımızın prezidenti olun. Hamını qucaqlayın. Mən seçilsəydim, elə edəcəkdim”.

İncə Ərdoğanın qalibiyyətinin şübhə doğurmadığnı bildirib: "Ortada ciddi səs çoxluğu ilə qalibiyyət var. Ona görə də kimlərəsə küçələrə çıxın demək demokratiyaya ziddir. Əgər yarışa girərkən, qarşındakının qalibiyyətini təbrik edə bilməyəcəksənsə, seçkilərə girməməlisən. 50+1 olsaydı, o zaman bunu etmək olardı. Amma ortada fakt var, qalibiyyət var. Uduzdun deyə ona şər at, təbrik etmə deyə bir şey olmamlıdır. Seçkilərin nəticələrinə gəldikdə, əlbəttə ki, açıqlanmalı olan məqamlar var. Seçim müddətində səslərə müdaxilə edildiyini, sandıqlarda müxtəlif qanunsuzluqlar olduğunu gördük. Əməkdaşlarımız bununla mübarizə apardılar. Əməkdaşlarımızın bizə təqdim etdikləri protokollardakı rəqəmlərlə YSK-nın açıqladığı rəqəmlər arasında ciddi bir fərq yoxdur. Mövcud fərqlər nəticəni dəyişdirəcək qədər deyil. Dolayısı ilə seçkilərin nəticələrini qəbul edirəm”.

İncə nədən dünən axşam açıqlama verməməsi ilə bağlı sualı cavablandırıb: "Orada səhv etdim, bunu qəbul edirəm. Mən İsmayıl Küçükkayaya (jurnalist-red.) dostyana mesaj atdim. Onun xəbər hazırlayacağını təxmin etməmişdim. Mənim kimi təcrübəli siyasətçi bunu etməməli idi. Vətəndaşlarımız bunu bir tvitlə öyrənməməli idi. Demək jurnalistlərlə dostluq edərkən diqqətli olmaq lazımdır. Bu məsələyə görə üzr istəyirəm".

 ***

Türkiyədəki seçkilərdə prezidentliyə namizəd kimi çıxış edən və böyük nəticələr göstərən Muherrem İnce FOX TV-yə yazdığı mesajda rəqibi T.Ərdoğanın seçkini qazandığını qəbul edib.

Musavat.com xəbər verir ki, FOX TV aparıcısı İsmail Küçükkaya canlı yayında mesaj yazan İnce ''Adam qazandı'', deyə, ifadə işlədib. Həm də qeyd edib ki, adil bir seçki kampaniyası olmadı, lakin nəticələrə görə, Ərdoğan prezident seçilib.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2018-06-25 15:00:06

Bütün seçgi marofonunda Sayın İnceni tənqid etdim. Ən əsası da ona görəki ki, meydana plansız, Proqramsız atılmışdı və bunun da yerini Sayın Erdoğanı söyməklə doldururdu. Lakin seçki sonunda nəticələr elan olunanda CHP-n eş başqanlarından fərqli olaraq onun belə bir etirafda bulunması, günahlarını qismən də olsa yumuş oldu. Əhsən. Budur Türk milləti. Var olun, həmişə bir yerdə olun. Çünki, Türküyənin varlığı bütün Türk dünyasının və xüsusən də Azərbaycanın varlığıdır. Tanrı yardımçınız olsun.

Oxucu 2018-06-25 15:00:06

G.M cox vaxt maraqli sherhler yazirsan. Amma bezi movzulari ya bilmedikden ya da bele lazim oldugundan korlayirsan. Evvela Erdogan selefilerin deyil ixvanlarin Turkiyede ki lideri olub. Indi mod deyil.Shiyelerle de cox xosh munasibetdedir. Ali terefdarile dialoqdadir ve onlar ucun boyuk ishler gorur. Kurdlerle de coxlu ishler gorubler ve gorecekdir de. Sosialistleri ve tebii ki de kommunistleri hec sevmir. Kurd adi altinda Avropayla, Rusiyayla, Israille ve Iranla, min bir oyun cixaran alvercileri beyenmir.

G.M 2018-06-25 15:00:06

Ərdoğan bütün sələfilərin Prezidenti olacaq.Onun əsas düşməni Şiəlik və İslama loyal münasibəti olan,Avropaya can atan Kürd millətidir.O Kürdüstandan daha çox,sivil Kürd icmasından qorxur.

SUAL 2018-06-25 15:00:06

İNCİYƏNİN MƏSƏLƏSİDİR BU ABİ YA?

Son yazılar