Vəkil Ceyhun Yusifov “Falçı Səkinə”yə bəraət aldı – Məhkəmə

Dərc olunub: 25/06/2018 - 13:20

mehkeme-logoİş adamı Barat Abdullayevin keçmiş həyat yoldaşı Təyminə Abdullayevaya qarşı dələduzluqda təqsirləndirilən “Falçı Səkinə” kimi tanınan Səkinə İsmayılovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov çıxış edib.

O bildirib ki, müvəkkilinə verilən ittiham öz təsdiqini tapmadığı üçün barəsində bəraət hökmü çıxarılmalıdır: ” Əsasən iki əsas məqamı diqqətinizə çatdırmaq istəyirəm. Birincisi odur ki, Səkinə ittiham veriləndə o, Azərbaycanda olmayıb.

CEYHUN-300x200Onun bu işə heç bir adiyyatı olmayıb. İkinci məqamsa odur ki, Təyminə Abdullayevə məhz elədiyi əməlləri öz ailəsində və qohumlar içərisində don geydirmək üçün Səkinəni şərləyib. Bunları nəzərə alıb ona bəraət hökmünün verilməsini tələb edirik”.

Səkinə İsmayılova da son sözündə bəraət hökmünün çıxarılmasını xahiş edib. Hakimlər kollegiyasının qərarı ilə Səkinə İsmayılova barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa çıxıb.

Qeyd edək ki, Təyminə Abdullayevaya barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb.

Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub.
Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.

Daha sonra Səkinə İsmayılova da həbs edilib. Səkinə İsmayılovaya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Təyminə Abdullayeva də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində isə onun cəzası 5 ilə endirilib.


loading...




Fikrinizi bildirin