Azərbaycan daha 250 mln dollar kredit götürür

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı 1” üzrə 250 mln. dollarlıq kredit müqaviləsi imzalayıb.

“APA-Economics” AİB-in yayadığı məlumata istinadən xəbər verir ki, müqaviləni iyunun 8-də maliyyə naziri Samir Şərifov və AİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov imzalayıb.

Proqramın əsas məqsədi dövlət sektorunda idarəetmənin gücləndirilməsi və maliyyə sektorunun dərinləşdirilməsi, Azərbaycan iqtisadiyyatının diversifikasiyasını təmin etməkdən ibarətdir. Proqramın həyata keçirilməsi ölkədə vergi-büdcə planlamasının təkmilləşdirilməsinə yardım edəcək.

Qeyd edək ki, AİB-in Direktorlar Şurası 2017-ci ilin dekabrında “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı 1” layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 250 mln. dollar kreditin ayrılmasını təsdiq edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar