"NARKOTİKLƏR DÜNYAYA ŞİRVAN VƏ CƏLİLABADDAN PAYLANIR" - Əli Həsənovdan şok açıqlamalar

"Azərbaycana daxil olan narkotik vasitələrin 90 faizi Əfqanıstan mənşəlidir və İrandan gətirilir"."Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Həsənov deyib.

O bildirib ki, Azərbaycanın 5 cənub rayonu- Astara, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar rayonlarına İran tərəfindən Əfqanıstan mənşəli narkotiklər daxil olur: "Daxil olan narkotik vasitələr əsasən Şirvan və Cəlilabad rayonlarında cəmləşir və oradan paylanılır. Narkotranzitlə daxil olan narkotik marşrutun son nöqtəsi Orta Asiya ölkələri, həm də Şərqi, Qərbi Avropa ölkələridir. Beynəlxalq narkomafiyanın diqqəti Azərbaycana artır, bu da ölkə iqtisadiyyatının inkişafı və dünyanın beynəlxalq diqqət mərkəzində olması ilə əlaqədardır".

Ə.Həsənov qeyd edib ki, son illər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni narkotik vasitələrin dövriyyədən çıxarılması halları artıb: "Bu ilin 5 ayında 1 ton 400 kq-a qədər narkotik vasitə aşkar edilərək götürülüb. Aidiyyatı nazirliklərimiz bu sahədə təbliğat işlərini gücləndiriblər.

Bu problem ölkəmiz üçün spesifik problem deyil. Lakin ölkədə, regionda böyük tutumlu beynəlxalq tikinti layihələri aparıldığı, bir sıra sahələrdə yük daşımalar artdığı üçün təbii ki, beynəlxalq narkomafiyanın da ölkəmizdən müxtəlif daşınma yolları ilə narkotik vasitələri daşımaq istəkləri də artıb. Biz arxayanlaşmamalıyıq, aidiyyatı qurumlar öz tədbirlərini görməlidir".

635x100

Şərhlər

vidadi goyce 2018-06-25 12:55:10

metamorfoza

Vətəndaş 2018-06-25 12:55:10

Çoxlarına məlumdur ki, rayon və şəhər prokurorlarının və polis rəislərinin qazancı əsas etibarıyla narkotikadan çıxır. Narkotika böyük bəladır. Çalışıb onun kökünü kəsmək lazımdır.

NURəddin 2018-06-25 12:55:10

BU ƏLİ BABADAN SORUŞMAQ LAZIMDIR Kİ, AY BAVA (irax babamdan) DEDİYİN O AŞKAR EDİLƏRƏK GÖTÜRÜLƏN TON YARIMLIQ "MAL"IN SONRAKI TALEYİ NECƏ OLDU? BU BARADƏ DƏ XALQA BİR MƏLUMAT VER DAYNA BAVA...(irav babamdan)

Gilan 2018-06-25 12:55:10

Maraqlı məlumatdır.Bir işə baxın.Ölkənin Baş nazirinin müavini fakt açıqlayır,sanki o ölkəyə yad bir insandır.Ay kişi, sən bunu bilirsənsə ,niyə yatırsan və nəyi gözləyirsən? Vəzifən nazir vəzifəsindən yüksək ! Niyə Prokurorluğa,Polisə göstəriş vermirsən ki, belə halların qarşısı alınsın?Yoxsa özünü bilərəkdən kənara çəkib axırıncı axtarırsan və özünü kənara çəkirsən? Ayıb!

aysberq 2018-06-25 12:55:10

Tamamilə düz büyürursunuz cənab baş nazirin birinci müavini. Amma bir şeyi demirsiniz, o narkotiklər dünyaya sizin furalarınız (TİR) ilə paylanır.

EWDER 2018-06-25 12:55:10

QAWQINLARI AQ GUNENE CIXARDIN...ESAS INKIWAFDU...DUNYA BAW SINDIRIR KI,BIZ NETOUR INKIWAF EDIRIK,YAVAWLAMAQ OLMAZ ...NAQIL DAVAM EDIR

G.M 2018-06-25 12:55:10

bAş Nazirin müavininə bu məlumatlar ola bilsin ki,Qudasından sızıb.Əxi,Sərhəd Qoşunları narkotik dövriyəsindən məlumatlıdır.Ancaq bundan Xalqa nə..Yaxşı olar ki,Alı mallım Qaçqınkomdakı karrupsiyasından,nəvəsinin məcaralarından söhbət açsın.

HIMAYEDARIN MEQSEDI... 2018-06-25 12:55:10

Əli Həsənov, sen, IZAH ET XALQA, DOVLETE, MEGER, memur MAASHI ile SAHIB ........ ESAS METLEBDEN, XALQI YAYINDIRMA : Ay narkotik vasite, bele geldi Azerbaycana, Ay narkotik vasite, bele getdi Azerbaycandan. Əli Həsənov, sen, Azerbaycan qanunlarini POZUBSAN, chunki, HIMAYEDARIN, sene QOHUMDUR...

Vəli 2018-06-25 12:55:10

BU KİŞİ KİMİLƏRİNİNİ BİZİM MƏMLƏKƏTDƏN BAŞQA DÜNYANIN HEÇ BİR NORMAL ÖLKƏSİNDƏ VƏZİFƏDƏ SAXLAMAZLAR. NİYƏSİNİ DƏ QAÇQINLAR DA,HÖKUMƏT DƏ VƏ BÜTÜN ƏHALİ DƏ BİLİR.

t.ədalət 2018-06-25 12:55:10

Şirvan şəhərində,hətta DTX əməkdaşının da narkotika alverçisi olduğu haqqında məlumat getmişdi..

SUAL 2018-06-25 12:55:10

BİNİ SƏN VƏ OXLUN DAHA YAXSİ BİLƏR ƏLİ BABA HƏ?

SUAL 2018-06-25 12:55:10

ƏLİ HƏSƏNOV BƏS ƏSLƏN LƏNKARANLİ VƏ RUSUN GULMƏLİ TƏCRUMƏSİLƏ ADLANAN BAS NARKOTİKLƏRLƏ AYAQ DA VR Kİ MUBRİZƏ İDARƏSİNİN RƏİSİ HƏZİ ASLANOVUN NƏVƏSİ HƏZİ ASLANOV GORƏSƏN BU MƏLUMATDAN XƏBƏRSİZDİ? YA HƏMİN İDARƏNİN SƏBƏ RƏİSİ VƏ GUYA HACİ MƏMMƏDOV TƏRƏFİNDƏN QEYRƏTƏ GORƏ QƏTLƏ QETİRİLƏN SƏXS DƏ MƏHZ BUNA GORƏ DƏ OLDURULMƏDİMİ Kİ YA ?

Son yazılar