"Dünyada tək qalsaq belə, İsraili müdafiə edəcəyik" - ABŞ

ABŞ Dövlət Katibinin sözçüsü Marie Harf keçirdiyi mətbuat konfransında sensasion çıxışı ilə yadda qalıb.

Avropa.info xəbər verir ki, mətbuat konfransında jurnalistlər Harfa "BMT İnsan Haqları Komissiyası İsrailin Qəzzaya hücumu ilə bağlı araşdırma komissiyası yaratdı. ABŞ niyə bu komissiyanın yaradılmasının əleyhinə səs verdi" sualı ilə müraciət ediblər.

Dövlət Katibinin sözçüsü açıq-aydın şəkildə ABŞ-ın bütün dünyada tək qalsa belə İsraili müdafiə edəcəyini bəyan edib:

"BMT-nin İnsan Haqları Komissiyasının bu qərarına qarşı çıxırıq və qərarın İsrailə qarşı olduğunu düşünürük. Bəli, biz bu qərarın əleyhinəyik, çünki bu tək tərflidir. Kimsə Həmasın raketlərini görmür. Heç kimsə İsraildən başqasını qınamır. Buna qarşıyıq. Daha öncə də, təkrarladığımız kimi, bunu açıq şəkildə söyləyirik, bütün dünyada tək qalsaq belə İsraili müdafiə edəcəyik. Bunu gördünüz."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar