"İslahatların gedişində ləngimə hiss olunmaqdadır" - Deputat

2018-ci il başlayandan Azərbaycan nefti bahalaşmaqda davam edir. Hətta bahalaşma son 3 ilin rekordunu yeniləyəcək həddə - 80 dollaradək yüksəlib. Bu gün “Azeri Light” markalı neftin bir barrelinin qiyməti ötən günlə müqayisədə 1,09 dollar bahalaşaraq 75,57 dollar olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, neft qiymətlərinin yüksək olduğu hazırkı dövrdə büdcəyə xeyli həcmdə əlavə vəsait daxil olmaqdadır:

“Bildiyiniz kimi, neft qiymətlərinin kəskin aşağı düşməsi, 2015-ci il devalvasiyalarından sonra yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində çox ciddi islahatlara start verilib. Məqsəd qeyri-neft sektorunun inkişafını daha da stimullaşdırmaqdan ibarətdir”.

Parlament üzvü neft qiymətlərinin yüksəlməyə başladığı dövrdən etibarən islahatların bir az da olsa, arxa plana keçdiyinin müşahidə edildiyini vurğulayıb:

“Hesab edirəm ki, bu da neftin yüksək qiymətlərinin verdiyi arxayınlıqdan doğur. Çünki islahatların gedişində ləngimə hiss olunmaqdadır. Əsaslı tikinti qoyuluşlarını qeyri-neft sektoruna vermək lazımdır. 2017-ci ildə cəmi 0,1 faiz Ümümi Daxili Məhsul (ÜDM) artımına nail olduq. Çünki 2017-ci ildə investisiya qoyuluşu 25 faiz azalmışdı.

Ona görə də əsas investisiyanı qeyri-neft sektorunun inkişafına yönəltmək lazımdır ki, neft qiymətlərinin oynaması iqtisadiyyatımızı laxlatmasın. Ümumilikdə Azərbaycan neft sektorunun özünün kifayət qədər gəlirləri var və oraya vəsait ayrılmasına ehtiyac görmürəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar