ABŞ-da VƏ AZƏRBAYCANDA PENSİYA SİSTEMİ - Müqayisə aparın və düşünün...

Pensiya yaşının 63-ə (qadınlar üçün) və 65-ə (kişilər üçün) qaldırılması Azərbaycanda yüz minlərlə insanı qocalığa görə pensiya almaq hüququndan məhrum edib. Amma elə ölkələr də var ki, onlarda pensiya yaşı bir qədər də yüksəkdir - 67 yaş. Məsələn, Amerika Birləşmiş Ştatlarında (ABŞ) belədir.

İndi isə gəlin görək, bu ölkədə pensiyaçılar necə yaşayırlar?

ABŞ-da pensiyanın məbləği bizdəki ilə müqayisəyə gəlməyəcək qədər yüksəkdir və pensiyaçılar əhəmiyyətli güzəştlər alırlar, amma amerikalıların bir çoxu pensiya yaşına çatmağı gözləmir. Tez-tez onlar pensiya məbləğinin 20,0 faizini itirməklə (cərimə ilə), vaxtından əvvəl pensiyaya çıxmağa üstünlük verir.

ABŞ-ın pensiya sistemi çoxkomponentlidir. Pensiya, dövlətin ödədiyi məbləğdən və yığım hissəsindən formalaşır. Öz növbəsində, yığım hissəsi də işəgötürən şirkətin hökumət fondlarından ödədiyi məbləğdən (əgər dövlət müəssisəsidirsə) və pensiyaçının öz əmanətlərindən (pensiyaçının hesabında toplana və ya qiymətli kağıza yatırıla bilir və fondlar tərəfindən idarə olunur) formalaşır.

Hər iki pensiya yığımı vergiyə cəlb olunmur. Hərbçilər əlavə benefitlər alırlar - onların ayrıca fondu var. Odur ki, əksər hallarda pensiyaçı 3 pensiya alır.

ABŞ-da pensiyaya çıxma yaşı 67-dir. Vətəndaş pensiyaya bundan tez də çıxa bilər, amma bu zaman ona pensiya ödənişinin məbləği aşağı olur. Pensiyaya vaxtından qabaq 62 yaşında da çıxmaq olar. Bunun üçün ərizə yazmaq və öz qərarının səbəbini göstərmək lazımdır. Bu təqdirdə, sosial pensiya hesablanan aylıq ödənişlərin yalnız 70-80 faizi qədər olur - xidmət yerindən və yaşından asılı olaraq.

Bir qədər gec - 70 yaşında pensiyaya çıxarkən, aylıq ödənişlər 24 faiz artır. Əgər vətəndaş pensiyaya daha gec çıxırsa, o zaman pensiya hesabında toplanmış vəsaiti çıxarmağa borcludur. Bu, qayda həm pensiyanın dövləti hissəsinə, həm də yığım hissəsinə aiddir. Əks halda, bu vəsaitlər vergiyə cəlb olunur.

Bu ölkədə güzəştli tibbi sığorta hüququ pensiyaçıya 66 yaşında verilir. Aztəminatlı pensiyaçılar üçün əlavə güzəşt proqramı (Medicaid) tətbiq olunur.

ABŞ-da pensiyaya belə gec çıxmaq ölkə əhalisi arasında orta ömür göstəricisinin daim yüksəlməsi ilə şərtlənir. Bu tendensiya 2016-cı ilə qədər davam edib. 2017-ci ilin sonuna ABŞ-da orta ömür uzunluğu bir qədər qısalıb - 78,7-dən 78,6-ya enib. Bu rəqəmlər ABŞ-ın milli səhiyyə statistikası mərkəzinin saytında yer alıb. ABŞ-da qadınlar orta hesabla 81,1 yaşa, kişilər isə 76,1 yaşa qədər yaşayırlar.

Orta ömür uzunluğu göstəricisi daim yüksəldiyi üçün pensiyaya çıxmağın proqressiv şkalası da nəzərdə tutulub. Məsələn, 1937-ci ildə doğulanlar bunu 65 yaşda edə bilərlər. 1960-cı ildə doğulanların hamısı pensiyaya 67 yaşda çıxırlar.

Bu günə qədər qüvvədə olan Pensiyaların ümumdövlət ödəniş sistemi (Sosial Security) haqqında qanun 1935-ci ildə Prezident Franklin Ruzvelt tərəfindən imzalanıb. Bu sənədə əsasən, yaşı rəsmi nəzərdə tutulmuş həddi aşan bütün şəxslərə pul yardımı ödənir. Bu ödənişin həcmi orta əmək haqqının səviyyəsindən asılı olur.

Bundan əlavə, ABŞ-da aztəminatlılar üçün proqram da fəaliyyətdədir. Bu proqram o halda tətbiq olunur ki, pensiyanın dövlət tərəfindn hesablanan məbləği yaşayış minimumundan aşağı olur. Proqramın şərtlərinə görə, hər belə pensiyaçıya yaşayış minimumu məbləğinə çatmayan hissə qədər əlavə ödənir. Müxtəlif ştatlarda bu məbləğ fərqlidir. Məsələn, Nyu-York ştatında 2016-cı ilin sonuna yaşayış minimumu 990 dollara bərabər olub. Əgər sosial persiyanın məbləği bu rəqəmdən aşağı olarsa, ştat çatışmayan məbləği ödəyir.

Dövlət pensiyası - orta hesabla, ayda 1000-1200 dollar təşkil edir. Buna əlavə olaraq, pensiyaçı ayrıca yemək pulu da alır. Onlara həm də mənzil-komunal təsərrüfatı xərcləri (elektrik enerjisi və istilik) üzrə köməklik göstərilir. Bundan əlavə ərzaqı (qidanı) onların mənzilinə gətirirlər və yedizdirirlər. Gündə bir dəfə tibb baçısı belə pensiyaçının evinə gəlir ki, bunun xərcini də ştat ödəyir. İndi isə düşünün: Azərbaycanda belə şeyləri görən olubmu? Əsla, amma qonşu Rusiyada belə xidmət növləri mövcuddur. Bəzi ağzıgöyçək şərhyazanlar anti-sosial Səlim haqdı yazırdılar ki, guya o, çox istedalı iqtisadçı alimdir və s. İndi isə anti-sosial Hadıdan soruşmaq lazımdır: Bəs, sənin «sosial siyasət»in nə üçün bunları görməzliyə vurur?!

Qocalar evinə gəlincə, ABŞ-da təkcə sosial pensiya (yığım hissəsi olmayan) alanlar bu evlərdə pulsuz yaşamaq hüququ əldə edirlər. Buna görə də ödənişin bir hissəsini ştat həyata keçirir, bir hissəsi isə federal büdcədən ödənir.

ABŞ-da hər bir siyasətçi bu kateqoriyalı pensiyaçılarla işləməkdə - onların qayğısına qalmaqda maraqlı olur. Çünki gənclərdən fərqli olaraq, onlar cəmiyyətin ən sosial aktiv təbəqəsi sayılırlar və demək olar, həmişə səsverməyə gəlirlər. Onların sesverməyə gəlmək üzrə göstəricisi 80 faizə yaxın olur.

Dövləti işlə məşğul olanlar, məsələn, müəllimlər pensiyanı ayrıca pensiya sxemi üzrə alırlar - əsas pensiya məbləğindən başqa, xüsusi fondlardan əlavə ödənişlər də alırlar.

Bütün bunlardan əlavə, dövlət qulluqçuları pensiyaya daha erkən yaşda çıxırlar. Nyü-York şatında bu yaş həddi 65 ildir.

1920-ci ildə ABŞ-da «Dövlət qulluqçuları haqqında» Qanun qəbul olunub.

ABŞ-da hərbçilər və polis işçiləri ilə bağlı vəziyyət fərqlidir. Onlar 20 illik qulluqdan sonra tam həcmli pensiya ala bilirlər. Bundan başqa, ABŞ-da dinc şəraitdə 20 il qulluq etmiş və ya heç olmasa, ABŞ ordusunda bircə gün də olsa döyüşmüş hərbçilər veteran sayılırlar. Pensiyadan başqa, onlar müəyyən güzəştıərdən də istifadə edirlər – məsələn, nəqliyyatda gediş haqqından azad olunurlar.

Pensiya ödənişinin digər mənbəyi isə amerikalıların yığım və şəxsi hesablarıdır. Bu prosesi tənzimləyən qanun 1974-cü ildə qəbul olunub. Bu vəsaitlərin toplandığı fondlar həm dövləti, həm də özəl ola bilər. Qeyd etmək lazımdır ki, belə fonda daxil olmuş məbləğ vergiyə cəlb olunmur. Burada toplanmış məbləğ hər zaman pensiyaçı üçün əlçatandır. Əgər vətəndaş pensiya yaşına çatmadan bu vəsaiti tələb etsə (tam və ya qismən), əldə etdiyi məbləğdən verigi ödəməli olur.

Mövcud pensiya yaşı şkalası heç də bütün amerikalıları qane etmir və onların bir çoxu 20-30 faiz itkiyə baxmayaraq, pensiyaya daha tez çıxmağa üstünlük verirlər. ABŞ statisitika bürosunun məlumatına görə, orta hesabla, amerikalılar qanunla nəzərdə tutulmuş yaşa (67 il) qədər işləmirlər və 63 yaşında pensiyaya çıxırlar. Dövlət qulluqçuları üçün bu hədd 62-65 ildir.

ABŞ əmək nazirliyi əmək statistikası bürosunun məlumatına görə, orta statistik amerikalının 2016-cı ildə xərcləri ayda 4,2 min dollar və ya illik 50,3 min dollar təşkil edib. Bu məbləğin ayda təxminən, 600 dolları (ildə 7,2 min dollar) qida məhsullarına xərclənib.

Yaşayış yeri üçün aylıq xərc 1,6 min dollar (illik 19 min dollar) təşkil edib. Servis və pal-paltar üçün xərclər aylıq 150 dollar (illik 1,8 min dollar), nəqliyyat xərcləri ayda 750 dollar təşkil edib. Maşın almaq və ona qulluq xərcləri aylıq 460 dollar (illik 5,5 min dollar) olub.

Səhiyyə və tibbi sığorta ödənişlərinə çəkilən xərclərin həcmi ayda 625 dollar təşkil edib və s.

İndi isə bütün bunları Azərbaycandakı mövcud vəziyyətlə müqayisə edin və YAP hökumətinin (ad şərtidir) Azərbaycan insanı üçün yaratdığı dözülməz şəraitin miqyasını təsəvvür etməyə çılışın... salamat qalın!

Rusiyada əhali oxşar problemlərə etiraz etməyə hazırlaşır, deyirəm bəlkə... hər-halda, yatmayın...

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Üsuli Cədid 2018-06-25 17:00:16

Heç nədən ABŞın kəskin тənqidinin, əhaliуə qalacaq umac-əlacın da xaricə уaxılmasının ozlərinə üsтünlüуünü arтıq ermənilər уaxşı mənimsəуiblər, cənab Mirzə AG. Necə deуirlər bəуanaтlar "MHого щума, из Hичeго!" deуil. Bu arтıq çox güclü "ozəl ansambl"ın Azərbaуcan audiтoriуasını daha 15-25 il uуdurmaq-sürmək cəhdidir.

Mıtı 2018-06-25 17:00:16

Azərbaycanda dəhşətli bir sabotaj var , dövlət və dövlətçiliyə qarşı sabotaj! Özü də dövlət məmurları tərəfindən və bütün sahələrdə !

Vətəndaş 2018-06-25 17:00:16

Mirzə Ələkbər Sabir demişkən: "Səs salma yatanlar ayılar,qoy hələ yatsın,Yatmışları razı deyiləm ,kimsə oyatsın.Tək-tək ayılan varsa da,haqq dadıma çatsın." Uzun illərdr bu milləti sıxaraq bir təhər yaşam yolları axtarmağa məcbur etdiklərindən,insanların psixoloji durumu kiflənib, ayılacaq hal qalmayıb.Bütün illər boyu dövlətə elektrik,su,qaz pulu ödəməyi,balalarının ac qalmamasını,xəstəliklərinin müalicsini təmin etmək yolu axtarmaqdan beyində düşünmə yeri qalmayıb. Görmürsünüz,intiharlar,cinayətkarlıq art

Veteran 2018-06-25 17:00:16

Qabaqdan100 illik gəlir təzə nazir hələ hərbiçılərin pensiya pulunu köçürməyib allah Səlim Müslümovun atasına rəhmət eləsin heç bilmirəm bayrmı necə keçirəcəyik.

pıs-pısa 2018-06-25 17:00:16

Mirzə müəllim məqaləyə görə Sizə təşəkkürlər. Amma Azərbaycanda çöküntü dağıntı işləri ilə məşğul olanlar qat-qat çox təmin olunublar. O ki, qaldı millətin oyanış məsələsinə, biz hələ formalaşmamışıq, bizi formalaşdırmaq istəyənləri qırıblar, türmələrə doldurublar, vən yaxşı halda Avropaya mühacirət ediblər. Onları da Ağacan Əbiyev "qəbz" olan kimi rinqə çağırır.

hop-hopnamə 2018-06-25 17:00:16

Mirzə müəllim müqayisə üçün çox sağ olun. Sovet dönəmində xəlvətdə belə bir lətifə vardı. Nikson, Brejnev,Əliyev gedirlər Allahın (əstəğfürillah) yanına. Nikson və Brejnev girirlər qurban olduğumun yanına və ağlaya-ağlaya çıxırlar, sonra Əliyev girir və Qurban olduğum özü ağlaya-ağlaya çıxır. Soruşarlar ki, nə dedin ki, Allah ağlayır. Cavab: Elə siz deyəni dedim, yəni Azərbaycanda kommunizm nə vaxt olacaq, Quraban olduğum da qayıdıb deyir ki, mən bunu heçvaxt görməyəcəyəm. P.S. belə təqaüdü biz görməyəcəyik

Samir mehemmedli 2018-06-25 17:00:16

Hormetli Mirze AG yoldaw siz ne qederde izah etseniz ayilan deyiller kime deyirsen bu meseleni deyir neyime lazimdi digalardan dalda qalmiwiq

Vetenperver 2018-06-25 17:00:16

Oyan milletim oyan!

Bashirov Qarib 2018-06-25 17:00:16

Mirzə muəllim,əsas bu deyil. Əsas odur ki,inkişafdır.Anoloqsuz inkişaf.Avropa da,ABŞ da bizim paxıllıgımızı çəkir.Ziyafət muəllim demişkən,ona görə bizim paxıllıgımızı çəkirlər ki,deyirlər ki,niyə bizim belə liderimiz yoxdur.Yoxsa,bu tibbi sıgortadi,yuksək pensiya təminatıdı,yaş həddidi,əlçatmaz yaşayış minimumudu , filandı ,bunlar hamısı paxıllıqdan deyilən bəhanələrdir.Siz yaxşı olardı ki,qonşularımızın bizdən iki dəfə yaxşı pensiyasından,tibbi sıgortasından,yeni dogulan və umumiyyətlə verilən uşaq pulu

t.ədalət 2018-06-25 17:00:16

Hörmətli Mirzə Ağ! Sizin yazınızı oxuyarkən fikrimi "xəstə hacı Nuranın yanına atın gətirilməkliyi" hoqqabazlığı cəlb etdi.Amerikalılardan fərqli olaraq,biz özümüzdən çox gərəksiz şeylərlə məşğul oluruq.Allah köməyimiz olsun!

EWDER 2018-06-25 17:00:16

ESAS INKIWAFDU...YAVAWDAMAQ OLMAZ .DUNYA YOXSA BIZE GULER.AZERBAYCAN NAQILLAR OLKESIDIR.

Son yazılar