Ali Məhkəmə Mehman Hüseynovun kassasiya şikayətini təmin etməyib

Bu gün Ali Məhkəmədə bloqqer Mehman Hüseynovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun öz istəyi ilə məhkəməyə gəlmədiyi elan olunub.

Daha sonra hər iki tərəfin nümayəndəsi çıxış edib.

Məhkəmənin qərarı ilə M.Hüseynovun kassasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

O, bloqqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Daha sonra M.Hüseynov kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda kassasiya şikayəti qismən təmin olunub. M.Hüseynovun barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.

635x100

Şərhlər

t.ədalət 2018-06-25 17:20:55

Mehman Hüseynovun "cinayəti" dövlət və xalqın sərvətini oğurlayanların ifşa olunmasıdır.Belələri isə,"iki bayquşun söhbəti" hekayəsində olduğu kimi bizdə çoxdur.Digər yazarları da qorxutmaq üçün Mehman Hüseynov həbsdə qalmalıdır..

Son yazılar