Makronun seçki kampaniyası ilə bağlı təhqiqat başlayıb

Prokurorluq Fransa Prezidenti Emmanuel Makronun seçki kampaniyası ilə bağlı ilkin təhqiqata başlayıb.AZƏRTAC xəbər verir ki, France-Presse radiostansiyasının yaydığı məlumata görə, təhqiqat sağ qüvvələrin şikayətindən sonra başlayıb və seçki kampaniyasının gedişində ictimai vəsaitin mümkün mənimsənilməsi faktı ilə bağlıdır.

Siyasətçilərin şikayətinə əsasən, Lion metropoliyasının nəzarəti altında olan və Fransanın Daxili İşlər Nazirliyinin indiki rəhbəri Jerar Kollonun o vaxt idarə etdiyi dövlət resursları gələcək prezidentin sərəncamına yönəldilib.

Bir qədər əvvəl France Info radiostansiyası dövlət başçısı postuna namizədliyi dövründə Makronun seçki kampaniyasının gedişində tədbirlər keçirmək üçün bəzi şirkətlərdən imtiyazlı maliyyə şəraiti əldə etdiyi barədə informasiya yaymışdı. Belə ki, Makronun komandası seçkiqabağı tədbirlər üçün 2 teatr zalına 3 min avro ödəmişdi, halbuki o zaman qiymət 13 min avro təşkil edirdi.

Məqalədə qeyd olunur ki, analoji hallar Fransa paytaxtında və onun xaricində daha bir neçə zalın, əsasən də Lion şəhərində gəminin icarəyə götürülməsi zamanı da baş verib.

Makronun seçki kampaniyasının xərcləri artıq jurnalistlərdə bəzi suallar yaradıb, lakin seçki kampaniyalarının hesablarını təftiş edən Fransanın dövlət komissiyası heç bir qanun pozuntusu aşkar etməyib.

25.06.201820:54 18

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar