Türkiyənin SOM qanadlı raketləri Azərbaycan ordusunda

Azərbaycan ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradın məşqlərində Türkiyədə istehsal olunmuş SOM qanadlı raketləri nümayiş etdirilib. Bu aviasiya zərbə vasitəsi KamAZ avtomoblinin açıq platformasında quraşdırılmışdı. Virtualaz.org “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, silahın Bakıda nümayiş etdirilməsi sensasiya kimi qiymətləndirilib, belə ki, bu vaxta qədər Türkiyə həmin raketləri heç kimə satmayıb.

SOM-un çəkisi 600 kiloqramdır, bunun 230 kiloqramı döyüş hissəsinin payına düşür. Raket hədəflərə GPS peyk sistemi və sistemin yaddaşına yazılmış ərazinin elektron xəritəsinə müvafiq özünüyönləndirmə vasitəsilə yönləndirilir. Uçuş uzaqlığı 200 kilometrdir, halbuki sınaqlar zamanı raket cəmi 180 kilometr uça bilib.

Qanadlı raketin quraşdırılmasında xarici tərkib hissələrindən istifadə edilib. Misal üçün, güc qurğusu kimi Fransada yaradılmış reaktiv mühərrikdən istifadə olunub.

Bildirildiyinə görə, sınaqlar zamanı – 2006-2012-ci illərdə sınaq platforması kimi modernləşdirilmiş F-4E qırıcısından istifadə olunub. Lakin kütləvi istehsal başlayandan sonra əsas daşıyıcı artıq F-16 olub.

Məlum olduğu kimi, Azərbaycan ordusunda əsas təyyarələr MiQ-29 və Su-25-dir. Görünür, türkiyəli mühəndislərin köməyi ilə bu qırıcıların SOM-a uyğunlaşdırılması işləri aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar