Sarkisyanın mühafizə rəisi də həbs olundu

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bu gün Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, general-mayor Vaçaqan Kazaryanı həbs ediblər. Kazaryan daha çox “sürücü Vaço” kimi tanınıb və keçmiş prezident Serj Sarkisyana ən yaxın adamlardan biri hesab olunub.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, Vaçaqan Kazaryan Serj Sarkisyanın hakimiyyəti dövründə prezidentin müşaviri vəzifəsinə qədər yüksəlib. İndi məlum olur ki, bu cür başgicəlləndirici vəzifə yüksəlişini “sürücü Vaço” necə təmin edə bilib. Bəzi “bədxah”ların bildirdiyinə görə, Sarkisyan rejiminin dayağı olan korrupsiya sxemlərinin hamısına nəzarəti məhz bu şəxs həyata keçirirmiş.

Kazaryan gəlirləri barədə bəyannamədə yalan məlumat verməkdə və malik olduğu varidatı gizlətməkdə, həmçinin qanunsuz varlanmada ittiham edilir. Yerevanda onun sahibi olduğu deyilən “Yans” restoran kompleksində axtarışlar zamanı 1,1 milyon dollar, 230,5 min avro və 36 milyon dram pul aşkarlanıb.

635x100

Şərhlər

Eldar 2018-06-25 22:26:00

Düşmənlərimizdən fərqli olaraq bizdə hakimyət dəyşikliyi olsa məmurların çoxu rüşvət korrupsiya görə içəri girməlidir.Ona görə geriyə yol yoxdur ona görə harda qırılar qırılar. Ancaq hər bir prosesin sonu var bu da olacaq. Milləti talayan məmurlar öz cəzalarını alacaqlar

Son yazılar